Bank Respublika müştərilərinə yeni NeoKart Kredit təqdim etdi!

Bu il 30-cu ildönümünü qeyd edən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərini sevindirməyə davam edir. Yarandığı ilk gündən müştərilərin rəğbətini qazanan və böyük həcmdə keşbek qazandıran NeoKart, müştərilərinə yeni bir imkan yaradıb – NeoKart Kredit!

Belə ki, artıq NeoKart sahibləri güzəşt müddəti 45 gün olan 15.000 AZN-dək kredit xətti əldə edə biləcəklər. Beləliklə, kart sahibləri 45 gün faizsiz kredit əldə etmək imkanı qazanacaqlar, həmçinin istənilən yerdə nağdsız ödəniş etdikdə 55%-dək keşbek əldə edə biləcəklər.

Bir çox özəllikləri özündə birləşdirən “NeoKart” həmçinin, müştərilərə kart hesabındakı qalığa görə də hər ay əlavə faiz gəliri də gətirəcək!

Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər bankların ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var.

 “NeoKart” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur və 2 növü var: “NeoKart Standard” və “NeoKart Premium”.

Bir sözlə “NeoKart”-  sahiblərinə HƏR YERDƏ QAZANDIRACAQ!

Əgər Siz də qazananlar sırasında olmaq istəyirsinizsə, NeoKart-ı onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “NeoKart” yazıb göndərərək sifariş edə bilərlər.

Related posts

30.08.2024 tarixinə AZIR İNDEKSLƏRİ

Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni sədr təyin edilib

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı