Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir - BBN

Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti addımını atıb.

Bank, 28 may – Respublika Günü ərəfəsində, Quba, Lənkəran, Bərdə və Zaqatala rayonlarında daha öncə müqavilələr bağlanılan həssas əhali qruplarına özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq müxtəlif avadanlıqlar təqdim edib.

Bununla da Bank, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə dəstək istiqamətində gördüyü işlərə davam edib.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

ABA-nın nəzdində fəaliyyət göstərən Alternativ Bankçılıq Şurası tərəfindən ilk vebinar keçirilib

Mərkəzi Bank: Könüllü sığorta bazarı üzrə zəmanət mexanizmi nəzərdən keçirilə bilər

İllik 5%-dək endirim – SƏNİN XEYRİNƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı