Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu - BBN

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bakı, 16 iyun, 2026.  Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb.

Ümumdünya Qan Donoru Günü münasibətilə Respublika Qan Bankı tərəfindən təşkil olunan tədbirdə Bank Respublika qan donorluğunun təşviqi və bu sahədə göstərdiyi davamlı dəstəyə görə xüsusi mükafatla təltif edilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq sadəcə bir tədbir deyil, əməkdaşları ortaq dəyər ətrafında birləşdirən gözəl ənənəyə çevrilib. Bankın Baş Ofisində hər il təşkil olunan aksiyalar çərçivəsində əməkdaşlar könüllü olaraq donor olur, ehtiyacı olan insanların müalicəsinə dəstək göstərir və həyatlara ümid bəxş edir.

Bu il keçirilən qanvermə aksiyasında da Bankın İdarə heyətinin sədri, rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək talassemiya, hemofiliya, leykoz və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə könüllü donor olublar.

Bank Respublika gələcəkdə də insan sağlamlığına və cəmiyyətin rifahına töhfə verən layihələri dəstəkləməyi, sosial həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.

**********************************************************************************************

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

Related posts

Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı