Bank Respublika “Qızıl Payız – Sıfır Faiz” mikro kredit kampaniyasına start verib

Artıq isti yay günləri geridə qalır və yeni mövsüm başlayır. Payızın gəlişi ilə iş adamları yeni biznes planlarını həyata keçirməyə və ya mövcud bizneslərini genişləndirməyi düşünürlər.

Daim iş adamlarının yanında olan “Bank Respublika”, aqro və mikro  biznes sahibləri üçün “Qızıl Payız – Sıfır Faiz”adlı mikro kredit kampaniyasına start verir!

Belə ki, noyabr ayının 30-dək davam edəcək kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilərə SON 3 AYIN FAİZLƏRİ HƏDİYYƏ ediləcək!

Bundan başqa, sahibkarlar 50.000 manatadək mikro kreditləri min. 10%-lə , 48 ay müddətinə 0% komissiya ilə götürmək imkanı əldə edəcək!

Kampaniyanın digər özəllikləri:

  • Zaminsiz kredit götürmək imkanı;
  • Tranşla kredit götürmə imkanı ;
  • Kredit xətti açılması imkanı;
  • 12 ayadək güzəşt müddəti;
  • Sərbəst ödəniş qrafiki;
  • Sığorta tələbi yox;
  • Qiymətləndirmə xərci yox;
  • NeoKart Debet kartı – 50% endirim.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Biznesinizə Payızda yeni nəfəs verin, Bank Respublikanı seçin!

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Azərbaycan və “Mastercard” maliyyə inklüzivliyinin genişləndirilməsini müzakirə edib

ABB Tam Visa kartını təqdim etdi

2025-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 9,3 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı