Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib - BBN

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib

Bakı, 12 iyun 2026-ci il. Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.

Respublika Qan Bankı təşkilatçılığı ilə Bankın Baş Ofisində təşkil olunan aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.

Tədbirə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, rəhbər şəxslər və əməkdaşlar böyük həvəslə qoşulublar. Hər bir donor qanvermədən əvvəl peşəkar həkim-hematoloqların müayinəsindən keçib və proses bütün tibbi tələblərə uyğun həyata keçirilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq gözəl bir ənənəyə çevrilib. İllərdir davam edən bu ənənə sayəsində bank əməkdaşları ehtiyacı olan insanlara dəstək olmaq üçün bir araya gəlir və birlikdə xeyirxah missiyaya töhfə verirlər.

Bank Respublika inanır ki, xeyirxahlıq paylaşıldıqca böyüyür. Bir damla qan, bir ümid, bir həyat deməkdir. Məhz buna görə də bank hər kəsi donor olmağa və bu nəcib missiyaya qoşulmağa çağırır.

**********************************************************************************************

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

 

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı