Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi məqsədilə növbəti kredit sazişi imzalayıb - BBN

Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi məqsədilə növbəti kredit sazişi imzalayıb

Bakı, 4 avqust 2025-ci il – Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıblar. Bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.

4 il müddətinə nəzərdə tutulmuş kredit, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.

 İmzalanmış saziş Bank Respublika ilə tərəfdaşlığımızın möhkəmliyini bir daha təsdiqləyir. Düşünürük ki, milli valyutada uzunmüddətli maliyyələşdirmə kiçik və orta biznesin sabit və inamlı inkişafı üçün əlverişli şərait yaradacaq.” deyə EFSE-də Finance in Motion portfel meneceri Yasminka Beqert qeyd edib

 EFSE ilə əməkdaşlığımızın növbəti mərhələsi tərəfdaşlığımızın yüksək etimada əsaslandığını və strateji xarakter daşıdığını nümayiş etdirir. Cəlb olunan vəsaitlər bizim üçün prioritet olan real sektorun, xüsusilə də kiçik və orta biznesin kreditləşdirilməsinin gücləndirilməsinə xidmət edəcək. Bizim üçün əsas məqsəd – xarici maliyyəni sadəcə cəlb etmək deyil, onu ölkə üzrə sahibkarlar üçün real imkanlara çevirməkdir. Əminik ki, bu vəsaitlər yeni iş yerlərinin yaradılmasına, dayanıqlı layihələrin həyata keçirilməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

 

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı