Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi üçün irihəcmli kredit sazişi bağladı – Foto

Bank Respublika EFSE-dən 21 milyon dollar məbləğində kredit cəlb edib
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan
Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.
Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya 21 milyon ABŞ dolları məbləğində dörd il
müddətinə kredit ayıracaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların
dəstəklənməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait
Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
“Bu saziş beynəlxalq maliyyə institutlarının həm “Bank Respublika”nın etibarlılığına, həm də ölkənin bank
sisteminin dayanıqlılığına inamının növbəti mühüm göstəricisidir. Biz EFSE-dəki tərəfdaşlarımıza
əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real
sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə
iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”– deyə «Bank Respublika»nın İdarə Heyətinin
sədri Tariyel İsmayılov bildirib.
“Bank Respublika ilə birlikdə sahibkarlar üçün effektiv maliyyə həlləri təqdim etmək üçün əməkdaşlığımızı
dərinləşdiririk. Azərbaycan manatında verilən bu yeni kredit, yerli valyutada maliyyələşmənin əhəmiyyətini
vurğulayır və bizneslərin davamlı inkişaf etməsinə, eyni zamanda valyuta risklərindən qorunmasına imkan
yaradır,” — deyə EFSE İdarə Heyətinin sədri Andrea Hagmann bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook , instagram, linkedin , telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanmışdır

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı!

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı