Bank Respublika və IFC aqro sahədə əməkdaşlığını gücləndirir

Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək verən Bank Respublika, aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) yeni saziş imzalamışdır. Saziş çərçivəsində, Bank kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni “CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.

Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcəkdir.

Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində çalışan şəxslər,  Bank Respublikanın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Related posts

Kapital Bank-dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı