Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib - BBN

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib

“Bank Respublika”nın dəstəyilə Şuşada ilk dəfə olaraq iftar çadırları qurulub

Müqəddəs Ramazan ayı münasibətilə “Nargis” Fondunun təşkilatçılığı və “Bank Respublika”nın dəstəyilə Şuşa şəhərində ilk dəfə olaraq iftar çadırları qurulub.

Bu müqəddəs günlərdə Şuşa sakinlərinin bir araya gəlməsi və iftar sevincini birlikdə yaşaması üçün təşkil olunan bu təşəbbüs şəhərdə xüsusi bayram atmosferi yaradıb. Şərq üslubunda bəzədilmiş çadırlarda sakinlər bir araya gələrək Ramazan ayının ruhunu bölüşüb, dua edib, iftar sevincini birlikdə paylaşıblar.

Aksiya müddətində yüzdən çox insan iftar süfrəsinin qonağı olub, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün isə, iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Bu əlamətdar hadisə, yalnız bir xeyriyyə təşəbbüsü deyil, həm də Azərbaycan xalqının yenidən öz torpaqlarında bir araya gələrək birliyini və qardaşlığını qeyd etməsinin simvolu olub.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı