Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanıb.
Sazişə əsasən, BSTDB Bank Respublika-ya 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim olunacaq.
BSTDB prezidenti Dr. Serhat Köksal bildirib ki, milli valyutada kreditləşmə sahibkarların valyuta riskləri olmadan inamlı inkişafına imkan yaradır:
“Bank Respublika ilə bu əməkdaşlıq Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk.”
Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov isə qeyd edib ki, ayrılan vəsait KOB-ların maliyyə imkanlarını genişləndirərək qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək:
“Cəlb olunan vəsait Bank Respublika-nın geniş filial şəbəkəsi vasitəsilə ölkənin bütün regionlarında sahibkarların dəstəklənməsinə imkan yaradacaq.”
Xatırladaq ki, Bank Respublika ilə BSTDB arasında əməkdaşlıq uzunmüddətli strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144