Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq - BBN

Bank Respublika və “Sabah” – uğura aparan uzunmüddətli tərəfdaşlıq

Bakı, 26 avqust 2026-cı il. 25 avqust Azərbaycan futbolu üçün tarixi gün oldu. “Sabah” Futbol Klubu ilk dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanaraq böyük uğura imza atdı.

Pley-off mərhələsinin həlledici qarşılaşmasında İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub edən “Sabah” Azərbaycan futbolu üçün əlamətdar nəticə əldə etdi.

Bu uğurun diqqətçəkən tərəflərindən biri klubun keçdiyi inkişaf yolu və bu yolun başlanğıcından etibarən ona göstərilən dəstəkdir. Bank Respublika “Sabah”ın yarandığı ilk dövrlərdən gənc klubun yanında olub və illər ərzində bu əməkdaşlığı davam etdirib.

Bu, Bank Respublikanın biznesdə tətbiq etdiyi yanaşmanın idmanda da davamıdır: potensiala inanmaq, inkişaf üçün uzunmüddətli dəstək vermək və nəticəyə gedən yolda tərəfdaşının yanında olmaq.

“Sabah”ın keçdiyi yol bunun bariz nümunəsidir. Bir vaxtlar böyük hədəflərlə yola çıxan gənc klub bu gün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində Azərbaycanı təmsil edəcək. Bu nəticə göstərir ki, idmana sponsorluq yalnız loqonun formada və ya stadionda görünməsi deyil. Sistemli və ardıcıl dəstək düzgün strategiya və əzmkarlıqla birləşdikdə real uğura çevrilir.

Ümid edək ki, Bank Respublikanın bu yanaşması digər Azərbaycan şirkətləri üçün də nümunə olacaq və özəl sektor ölkə idmanına, perspektivli komanda və idmançılara daha fəal və uzunmüddətli dəstək verəcək.

“Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar, Azərbaycan idmanına isə yeni qələbələr arzulayırıq!

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

Related posts

Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Rabitəbankdan təhsil işçilərinə 9,5%-dən başlayan faizlə 50 000 AZN-dək NAĞD PUL KREDİTİ

Banklar stablecoin-lərə qarşı çıxırdı, indi öz rəqəmsal pullarını buraxmağa hazırlaşırlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı