Bank Respublika “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində EcoVeloFest festivalının keçirilməsinə dəstək oldu – Foto

“Bank Respublika”nın dəstəyi ilə xanım təhsil işçiləri arasında veloyarış keçirildi

Fəaliyyətində idmanı və sağlam həyat tərzini təbliğ edən Bank Respublika,  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncə şəhərində təşkil edilən EcoVeloFest festivalının keçirilməsinə dəstək oldu.

“Bank Respublika”nın baş sponsorluğu, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyasını dəstəyi ilə keçirilən festivala ölkəmizin müxtəlif regionlarından 200-ə yaxın xanım təhsil işçiləri qatılmışdır.

Festival çərçivəsində xanımlar arasında velo yarış keçirilmiş, ilk 3 yeri tutan iştirakçılara qiymətli hədiyyələr təqdim olunmuş, həmçinin, velo sərgi, velo-təlim və musiqili proqram təşkil olunmuşdur.

Festivalın əsas məqsədi – yaşıl dünya naminə ölkəmizin bütün regionlarında xanımlar arasında velosiped idmanının təşviqi, eləcə də sağlam həyat tərzinin təbliği olmuşdur.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı