Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Bank Respublika”nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib - BBN

“Bank Respublika”nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakı, 19 sentyabr, 2025. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və birgə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verib.

Layihə çərçivəsində ilk tədbir Şərur rayonunda keçirilib. Tədbir çərçivəsində sahibkarlarla görüşlər təşkil olunub, güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstək mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır.

Layihə sahibkarlar tərəfindən maraqla qarşılanıb və növbəti mərhələdə muxtar respublikanın digər bölgələrində də davam etdirilərək, daha geniş sahibkar kütləsinin əhatə olunması nəzərdə tutulur.

 

 

 

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

 

 

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı