Bank sektoru ilə əlaqədar statistik rəqəmlər açıqlandı – Foto

2024-cü ilin yanvar ayında Azərbaycanda banklar 99.6 mln. manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10.3% çoxdur. Bu dövrdə banklar 143.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Eyni dövrdə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 296,8 milyon manat təşkil edib. Bu, ötən il fevralın 1-i ilə müqayisədə 7.5% çoxdur.

Eyni zamanda bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3.6% azalaraq 454.1 milyon manata enib. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22.2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı