Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bank sektorunda qadınların gücü və izi - BBN

Bank sektorunda qadınların gücü və izi

8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətin bütün sahələrində olduğu kimi, maliyyə və bank sektorundakı rolunu da ön plana çıxarır. Statistik göstəricilər bu sahədə qadınların mühüm yer tutduğunu göstərir.

BBN.az xəbər verir ki, hazırda bank sistemində çalışan təxminən 29 min əməkdaşın 11 mindən çoxunu qadınlar təşkil edir. Xüsusilə mütəxəssis və əməliyyat heyətində onların payı daha yüksəkdir. Bu sahədə çalışan 23 mindən artıq əməkdaşın təxminən yarısı qadınlardır və bank xidmətlərinin keyfiyyətli, fasiləsiz göstərilməsində onların rolu böyükdür.

Bankların baş ofislərində minlərlə qadın analitika, risk idarəetməsi, maliyyə nəzarəti və müştəri xidmətləri kimi əsas istiqamətlərdə fəaliyyət göstərərək gündəlik proseslərin effektiv idarə olunmasına töhfə verir.

Filial şəbəkəsində də qadınların aktiv iştirakı diqqət çəkir. Onlar bank xidmətlərinin regionlara çatdırılmasında və maliyyə əlçatanlığının genişlənməsində mühüm rol oynayırlar.

Son illərdə qadınların menecment strukturlarında təmsilçiliyi də artmaqdadır. Şöbə rəhbərliyi və orta idarəetmə səviyyələrində çalışan yüzlərlə qadın strateji qərarların qəbulunda iştirak edir və komandalara rəhbərlik edir.

Bütün bunlar göstərir ki, bank sektorunun insan kapitalının mühüm hissəsi qadınların peşəkarlığı və zəhməti üzərində qurulub. Onların fəaliyyəti maliyyə sisteminin dayanıqlığına və xidmət keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.

8 Mart ərəfəsində bu töhfəni qeyd etmək qadınların bank sektorundakı roluna verilən dəyərin ifadəsidir.

Related posts

“Bank BTB” BOKT-a çevrilir

ABB tərəfindən Bank “BTB” ASC-nin aktivlərinin alınmasına dair məlumat

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı