29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2023” adlı tədbiri də baş tutmuşdur.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2023-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının, rəqəmsallaşmanın dəstəklənməsi tədbirləri, həmçinin digər tədbirlər reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə fəal bankları seçib.
Belə ki, 2023-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “ABB” ASC, Accessbank” QSC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.
“Maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC mükafata layiq görülüb.
“Təhsil dəstəkçisi” nominasiyası üzrə isə “ABB” ASC, “AFB Bank” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “ABB” ASC mükafatlandırılıb.
“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “ABB” ASC mükafatlandırılıb.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, Accessbank” QSC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” “Yelo Bank” ASC mükafatlandırılıb.
“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” nominasiyası üzrə “ABB” ASC, “PAŞA Bank” ASC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” nominasiyası üzrə “ABB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC mükafatlandırılıb.
“Dayanıqlı bankçılıq üzrə layihələr” nominasiyası üzrə “ABB” ASC, “Kapital Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC mükafatlandırılıb.
“Özünüməşğulluq Proqramında iştirak” nominasiyası üzrə üzrə “ABB” ASC, Accessbank” QSC, “AFB Bank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, , “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo Bank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Avrasiya” ASC, “Bank BTB” ASC, “Naxçıvanbank” ASC, “Premium Bank” ASC mükafata layiq görülüb.