“Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar keçirilmişdir

25 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin, eləcə də digər bank nümayəndələrinin iştirakı, “PAŞA Bank” ASC-nin dəstəyi ilə “Bankçılıqda fırıldaqçılığın identifikasiyası, qarşısının alınması və aşkarlanması” adlı vebinar təşkil edilmişdir. 

Vebinarda “PwC Türkiye”, “Akbank”, “Garanti Bank”ın nümayəndələri tərəfindən “rəqəmsal fırıldaqçılıq trendləri”, “fırıldaqçılığın qarşısının alınması və aşkarlanması strategiyası”, “fırıladqçılıq üzrə təşkilatlanma və idarəetmə”, “analitik yanaşmalar”; “fırıldaqçılığın qarşısının alınması və müəyyən edilməsi alətləri və texnologiyaları” mövzuları üzrə müzakirə aparılmışdır. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı