“Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Bu cür tədbirlərin davamı olaraq, ABA tərəfindən “Bankçılıqda vacib datalar və onların doğru analizi” adlı vebinar keçirilib.

Vebinar 17 mart 2021-ci il tarixində baş tutub. Türk dilində keçirilən vebinarda “Bloomberg HT”-nın Baş redaktoru Gökhan Şen çıxış edib. Vebinar zamanı aşağıdakı mövzular müzakirə edilmişdir:

·        Qlobal makroiqtisadi perspektiv

·        Qlobal maliyyə perspektivi

·        Makroiqtisadiyyatı anlamaqda istifadə ediləcək datalar

·        Maliyyə vəziyyətini təhlil edə bilmək üçün lazımi datalar

·        Bankçılıqda vacib datalar və onların doğru formada oxunması

·        Media tərəfdən dataların doğru analizi

Vebinar iştirakçılar tərəfindən böyük marağa səbəb olub, sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı