Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Banklar müştəriləri haqqında hansı məlumatları toplayır? - BBN

Banklar müştəriləri haqqında hansı məlumatları toplayır?

Bankların müştəriləri haqqında hansı məlumatları topladığı və bu məlumatlardan hansı məqsədlə istifadə etdiyi açıqlanıb.

BBN.az xəbər verir ki, Marja.az-a istinadən, banklar hesab açılması, kart sifarişi, kredit müraciəti və mobil tətbiqlərdə qeydiyyat zamanı müştərilərdən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumatlar əldə edirlər.

Məlumata görə, banklar qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə risklərini qiymətləndirmək üçün əmək haqqı, iş təcrübəsi və kredit tarixçəsi kimi bəzi məlumatları müvafiq rəsmi qurumlardan da əldə edə bilərlər.

Bankların bu məlumatları toplamasında əsas məqsəd təhlükəsiz və fərdiləşdirilmiş maliyyə xidmətlərinin göstərilməsidir. Məsələn, şəxsiyyət təsdiqlənmədən hesab açıla bilməz, gəlir məlumatları kredit müraciətinin qiymətləndirilməsində, əlaqə nömrəsi isə əməliyyat bildirişlərinin göndərilməsində istifadə olunur.

Banklar, həmçinin qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, dələduzluğun qarşısının alınması və maliyyə sisteminin təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir.

Araşdırmada qeyd olunur ki, banklar müştəri məlumatlarını “Fərdi məlumatlar haqqında” və “Banklar haqqında” qanunların tələblərinə uyğun olaraq toplaya və emal edə bilərlər.

Vətəndaşlar şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna da malikdirlər. Bunun üçün müştərisi olduqları banka müraciət edə, həmçinin “My.gov.az” platforması vasitəsilə şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilərlər.

Lakin məlumatların sorğulanmasının məhdudlaşdırılması bəzi bank xidmətlərindən istifadə imkanlarını da məhdudlaşdıra bilər. Məsələn, müştəri onun üçün fərdiləşdirilmiş kredit kampaniyaları və digər təkliflər barədə məlumat əldə etməyə bilər.

Marja.az-ın məlumatına görə, banklar Azərbaycan qanunvericiliyinin, beynəlxalq qaydaların və Mərkəzi Bankın tələblərinə uyğun olaraq müştəri məlumatlarının qorunması üçün müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Nəticə etibarilə, bankların müştəri məlumatlarını toplaması təhlükəsizliyin təmin edilməsi, maliyyə risklərinin qiymətləndirilməsi və müştərilərə ehtiyaclarına uyğun fərdiləşdirilmiş xidmətlərin göstərilməsi məqsədi daşıyır.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı