2026-cı ilin ilk yarısında “Blumberq” ticarət sistemində banklar arasında ümumi həcmi 55,7 milyard manat olan 1 530 əqd bağlanılıb.
BBN.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların həcminin 34,5 % artdığını, əqdlərin sayının isə 28,8 % azaldığını göstərir.
Bağlanılan əqdlərin ümumi həcminin 96 %-i 1-3 günlük müddətli əməliyyatların payına düşüb.