Nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və bu xidmətlər üzrə xərclərin azaldılması məqsədilə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur:
• Banklararası ödəniş sistemlərdə banklardan tutulan xidmət haqqlarının 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsi;
• Bankların müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin anoloji qaydada azaldılmasının tövsiyə edilməsi;
• Sahibkarlıq subyektlərinin ödəniş kartları ilə ödənişlərinin qəbulu üzrə xərclərinin azaldılması məqsədilə ekvayer tariflərinin 30 sentyabr 2020-ci il tarixinədək 50%-ə qədər endirilməsinin tövsiyə edilməsi.