Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 2025-ci ildə bank köçürmələrinin əksəriyyəti rəqəmsal kanallarla həyata keçirilib - BBN

Azərbaycanda 2025-ci ildə bank köçürmələrinin əksəriyyəti rəqəmsal kanallarla həyata keçirilib

2025-ci ildə Azərbaycanda bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 59,7 milyon, məbləği isə 889,3 milyard manat təşkil edib.

Bu məlumatları Azərbaycan Mərkəzi Bankı təqdim edib.

Məlumata görə, aparılan köçürmələrin say üzrə 94,4 %-i, məbləğ üzrə 82,5 %-i rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.

Ötən il internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin məbləği əvvəlki ilə nisbətən 12,4 % artaraq 308,9 milyard manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin məbləği isə 14,3 % artaraq 73 milyard manat təşkil edib.

Related posts

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı