“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib

“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.

BBN.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Qeyd edilib ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər”in 1-ci və 4-cü hissələri bu Qərar dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minsin. Eyni zamanda maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Bildirilib ki, bu qaydanın 8.3-cü bəndi yeni redaksiyada verilib, 13-1-ci hissəsinə isə əlavələr edilib.

Related posts

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir

Taleh Kazımov ABA Rəyasət Heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı