2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin yanvarında bankların cəmi kredit portfeli 75 milyon 236 min manat artıb və 31 yanvar 2023-cü il tarixində 19 milyard 669 milyon 591 min manat təşkil edib.
BBN.az Mərkəzi Bankın yanvar ayı statistik bülleteninə istinadən xəbər verir ki, yanvarda biznes kreditləri portfeli 9 milyon 501 min manat azalaraq 10 milyard 855 milyon 61 min manata düşüb.
Yanvarda bankların istehlak kreditləri portfeli 57 milyon 721 min manat artaraq 5 milyard 811 milyon 865 min manata, ipoteka kreditləri portfeli isə 27 milyon 7 min manat artaraq 3 milyard 12 milyon 166 min manata yüksəlib.