Azərbaycandakı bankların 2025-ci ilin yanvar-oktyabr aylarında kreditlərdən əldə etdiyi faiz gəlirləri açıqlanıb. Bankların kreditlər üzrə faiz gəlirləri 10 ayda 3 milyard 235 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,4% artım deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 2 milyard 519 milyon manat olub.
Hesabat dövründə bankların faiz xərcləri isə 1 milyard 508 milyon manat təşkil edib. Faiz xərclərinin əsas hissəsi depozitlər üzrə ödənilən faizlərdən ibarətdir.