Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

Azərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:

“Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”.

R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:

“Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər”.

AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: “Banklar haqqında” qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur”.

REPORT

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı