“Bankların xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin “servqual” təhlil ilə ölçülməsi” adlı vebinar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün yerli və xarici təşkilatlarla müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

Növbəti tədbir olaraq, Nyu-York, İstanbul, Bakı və Tbilisidə fəaliyyət göstərən araşdırma, planlaşdırma və məsləhət xidmətləri təklif edən beynəlxalq “KUTVAN Group” şirkəti tərəfindən 10 iyun 2022-ci il tarixində “Bankların xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin “servqual” təhlil ilə ölçülməsi” adlı vebinar keçirilmişdir.

Vebinarda şirkətin prezidenti Ali Kutvan sözügedən mövzu haqqında təqdimatla çıxış etmiş və təcrübələrini paylaşmışdır.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı