Fransanın Mərkəzi Bankı “Banque de France” rəsmi olaraq “Mərkəzi Bank Rəqəmsal Valyutası” (CBDC) layihəsini avro formasında sınaqdan keçirməyə başladığını açıqlayıb.
CBDC layihəsi uzun illərdir ki, bir çox Avropa ölkələrinin, habelə Çin və Cənubi Koreyanın diqqətini cəlb edib. Bununla belə, rəqəmsal valyuta formasıda testlərə start verən ilk ölkə Fransa olacaq. Fransanın testlərə indi başlamasının əsas səbəbi kimi, koronavirus pandemiyası səbəbindən istehlakçıların rəqəmsal ödənişlərə daha çox yönəlməsi göstərilir.
Rəqəmsal avronun test mərhələsi əsas üç istiqamətdə keçiriləcək. Belə ki, sınaq müddətində Mərkəzi Bankın rəqəmsal valyutasında həyata keçiriləcək ödənişlərin maliyyə alətlərinə, rəqəmsal aktivlərə və digər rəqəmsal ödəniş vasitələrinə təsiri öyrəniləcək.
Test mərhələsinə 2020-ci ilin iyul ayından etibarən start veriləcək.