Baş nazir Bakı Gəmiqayırma Zavodunda olub, müşavirə keçirilib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 29-da Bakı Gəmiqayırma Zavodunda olub.

Bu barədə BBN.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir zavodda görülmüş işlər, bu günədək icra olunmuş və potensial layihələrlə tanış olub.

Tanışlıq zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə zavodun fəaliyyəti, həmçinin, onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulanıb.

Eyni zamanda zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzunmüddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin, bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verilib.

Daha sonra zavodun ərazisində fəhlələrlə görüş olub.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı