Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Başlıq: İlon Maskdan “Odisseya” ilə bağlı süni intellekt açıqlaması - BBN

Başlıq: İlon Maskdan “Odisseya” ilə bağlı süni intellekt açıqlaması

İlon Mask rejissor Kristofer Nolanın böyük maraqla gözlənilən “Odisseya” filmi ilə bağlı diqqətçəkən açıqlama verib.

BBN.az xəbər verir ki, Mask süni intellekt platforması “Grok Imagine”ın Homerin məşhur dastanı əsasında tarixi baxımdan dəqiq və orijinal mətnə sadiq bədii film hazırlayacağını bildirib.

Onun sözlərinə görə, süni intellekt tərəfindən yaradılacaq “Odisseya” filminin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

Mask sosial media hesabında paylaşdığı açıqlamada “Grok Imagine”ın ilin sonuna qədər Homerin əsərinə tarixi baxımdan dəqiq və sadiq “Odisseya” bədii filmini ərsəyə gətirəcəyini qeyd edib.

İlon Mask paylaşımına “X” platformasında bir istifadəçi tərəfindən süni intellekt vasitəsilə hazırlanmış, təxminən üç dəqiqəlik “Odisseya” qısametrajlı filmini də əlavə edib.

Qeyd edək ki, Maskın bu açıqlaması Kristofer Nolanın “Odisseya” filminin kassada böyük uğur qazanmasından sonra səsləndirilib.

Related posts

ARDNF-in investisiyalarında Avropanın payı azalıb

ARDNF-in investisiya portfelində dolların payı artıb

ARDNF-in portfelində istiqrazların payı azalıb, səhmlər və qızıl artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı