BƏƏ-də Azərbaycan- Albaniya enerji əməkdaşlığı müzakirə edilib

Dubayda COP 28 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə  Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub.

Görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib. Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub. Albaniyanın Korça şəhərinin qazlaşdırılması, xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması və Komissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Related posts

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Qubada Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı