Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Belarus nümayəndə heyəti DOST Agentliyində olub - BBN

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əhalinin Sosial Müdafiəsi Fondunun rəhbəri Yuliya Berdnikovanın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub. 

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi onlara izah olunub.

Daha sonra nümayəndə heyəti ilə görüş  olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

Görüşdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru İqor Popov da iştirak ediblər.

DOST konsepsiyasına dair təqdimat edilib. DOST mərkəzlərində  159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Belarus nümayəndə heyəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı