Belarus uçot faiz dərəcəsini azaldır

19 iyun tarixində prezident Lukaşenkonun uçot dərəcəsinin azaldılması tələbinə Mərkəzi Bankdan cavab gəlib. Belə ki, Belarus Mərkəzi Bankı 1 iyul tarixində uçot dərəcəsinin 8%-dən 7.75%-ə endiriləcəyini açıqlayıb. Faiz dəhlizinin yuxarı həddi 9%-dən  8.75%-ə, aşağı həddi isə 7%-dən 6.75%-ə endirilir.

Qeyd edək ki, ölkədə koronavirus pandemiyasının yayılması ilə yüksəlməyə başlayan inflyasiyanın qarşısının alınması üçün ilin əvvəlindən bu yana Mərkəzi Bank iki dəfə faiz endiriminə gedib. Nəticədə, aprel ayında qeydə alınan 5.4%-lik inflyasiya göstəricisi may ayında 4.9% səviyyəsinə geriləyib. İllik inflyasiya göstəricisi isə aprel ayına nəzərən 0.6% azalaraq 3.9% səviyyəsində qərarlaşıb. Proqnozlar isə cari il üçün inflyasiyanın 5%-i keçməyəcəyi yönündədir.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı