Bergen Anlaşmasının yeni redaksiyasının hazırlanması üzrə İşçi Qrupunun iclası keçirilir

Yanvarın 23-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Bergen Anlaşmasının yeni redaksiyasının hazırlanması üzrə İşçi Qrupunun iclas”ı öz işinə başlayıb.

İclasda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Eser Çengel, Komitənin aidiyyatı struktur bölmələrinin rəhbərləri, əməkdaşları və 12 ölkədən nümayəndə heyəti iştirak edir.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. İqbal Babayev Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın hər iki regiona xas xüsusiyyətləri özündə birləşdirdiyini bildirib və bütün sahələrdə dinamik inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra işçi qrup iclasın gündəliyindəki məsələlərin müzakirəsinə başlayıb.

İştirakçılar iki gün müddətində Bergen Sazişinin müddəalarını müzakirə edəcək, iclasın sonunda görüşün protokolunu, həmçinin sözügedən sazişin yeni redaksiyasının ilkin layihəsini tərtib edəcəklər.

Qeyd edək ki, 2009-cu ildə Bergen şəhərində imzalanan saziş Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası, Maliyyə və Audit Komitələrində Avropa Regionunun təmsilçiliyinə dair prosedurları özündə ehtiva edir.

Ötən il Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini seçilən Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edəcək, Avropa regionu gömrük xidmətlərinin maraqlarını qoruyacaq və 2 il müddətində mütəmadi olaraq bu kimi tədbirlər ölkəmizdə keçiriləcək.

Xatırladaq ki, ÜGT-nin Avropa Regionu dünyanın ən inkişaf etmiş 53 ölkəsini özündə birləşdirir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı