Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beş ayda vətəndaşlara və şirkətlərə 122 milyon manatdan çox vəsait geri qaytarılıb - BBN

Beş ayda vətəndaşlara və şirkətlərə 122 milyon manatdan çox vəsait geri qaytarılıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Geri qaytarılan vəsaitlər müxtəlif vergi və ödəniş kateqoriyalarını əhatə edib.

Belə ki, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV, eləcə də fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahələrində, mədəniyyət müəssisələrində (teatr, kino, muzey və konsertlərdə), tibbi xidmətlərdə və işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalarda ödənilmiş ƏDV vətəndaşlara geri qaytarılıb.

Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlərin tərkibində yer alıb.

Maliyyə Nazirliyinin məlumatına görə, həyata keçirilən geriödəmələr vətəndaşların və sahibkarların hüquqlarının təmin olunmasına, eləcə də vergi və maliyyə öhdəlikləri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılmasına xidmət edir.

Related posts

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Sənaye zonalarına yatırılan investisiyalar 5 dəfədən çox artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı