Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Better Cotton Initiative”ə ölkə üzvlüyünün əldə edilməsi” mövzusunda təqdimat keçirilib - Foto - BBN

“Better Cotton Initiative”ə ölkə üzvlüyünün əldə edilməsi” mövzusunda təqdimat keçirilib – Foto

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Better Cotton Initiative”ə  ölkə üzvlüyünün əldə edilməsi” mövzusunda təqdimat keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən təqdimatda iştirakçılara “Better Cotton Intitative”in mahiyyəti, fəaliyyət istiqamətləri, pambıq istehsalı ilə məşğul olan biznes subyektləri, elmi-tədqiqat institutları üçün faydaları barədə məlumat verilib.

Qeyd edək ki, “Better Cotton Initiative” (BCI) 2005-ci ildə təsis edilmiş və dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. Bu təşəbbüsün məqsədi daha davamlı pambıq əkini üçün qlobal əsaslı standart yaratmaqdır. Bu missiyaya nail olmaq üçün BCI-nin lisenziyalı yetişdiriciləri (yəni beş qitədə 2 ölkədən 3,23 milyon nəfər) ətraf mühit, sosial və iqtisadi cəhətdən daha davamlı istehsal üsullarını tətbiq etmək üçün təlim keçirlər. Təlimlərin məqsədi sudan daha səmərəli istifadə etmək, kimyəvi maddələrdən istifadəni və pestisidlərin ətraf mühitə mənfi təsirini minimuma endirmək, pambıq əkini ilə məşğul olan fermerlərin həyat şəraitini və iqtisadi inkişafını yaxşılaşdırmaqdır.

Tədbir iştirakçılarına bildirilib ki, BCI-nin pambıq becərilməsi ənənəvi pambığa qarışdırılmadan ayrılıqda aparılır. Yığım, emal proseslərindən keçən “Better Cotton” adlandırılan pambıq mahlıcı kipləri BCI üzvləri tərəfindən əldə edilir və bazara daxil edilir. Bu kiplər istehsal və təchizat zənciri boyu kütlə (çəki) balansını hesablayan sistem vasitəsilə izlənə bilər. “Better Cotton Initiative” bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirir.

Təqdimat mərasimində “MKT İstehsalat Kommersiya” MMC, “P-Agro” və “Azərpambıq” şirkətlərinin nümayəndələri, özəl laboratoriyaların mütəxəssisləri, elmi işçilər, pambıqçılıq sektorunda fəaliyyəti göstərən mütəxəssislər iştirak ediblər. Təqdimat mərasiminə onlayn rejimdə qoşulan Avstraliya, Pakistan, Türkiyədən olan məsləhətçilər iştirakçıların suallarını cavablandırıblar.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı