Beynəlxalq Əmək Təşkilatının məşğulluq ilə bağlı yeni hesabatı açıqlandı

“Gənclərin məşğulluğunun bərpası hələ də ləngiyir, Covid-19 pandemiyası digər yaş qrupları ilə müqayisədə gənc nəsli daha çox zədələyib”.

BBN.az xəbər verir ki, bu haqda Beynəlxalq Əmək Təşkilatının – International Labour Organization yeni hesabatında deyilib. 

Pandemiyanın başlanğıcından, yəni 2020-ci ilin əvvəlindən 15-24 yaş qruplarında olan gənclər yetkin şəxslər ilə müqayisədə daha çox itki ilə üzləşiblər. 2022-ci ildə işsiz gənclərin sayının 73 milyon nəfərə çatacağı gözlənilir, bu isə 2021-ci ildəki rəqəmdən cüzi şəkildə azdır, 2021-ci ildə 75 milyon. Hesabatda deyilib ki, yenə də bu pandemiyadan öncəki rəqəmlərdən 6 milyon nəfər çoxdur. 

Gənc qadınların vəziyyəti isə kişilər ilə müqayisədə ən pisdir və onlar daha aşağı məşğulluq-əhali nisbəti (EPR) göstəriblər. Hesabata, əsasən 2022-ci ildə qlobal səviyyədə 27.4% gənc qadınların, 40.3% isə kişilərin işlə təmin olunacağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, gənc kişilərin işə qəbulu, gənc qadınlar ilə müqayisədə 1.5 dəfə daha çoxdur. Gender fərqi, son iki onillik ərzində cüzi yaxınlaşma əldə edib, aşağı-orta gəlirliliyi olan ölkələrdə 17.3% bənd ilə ən böyük, yüksək gəlirliliyi olan ölkələrdə isə daha az 2.3%-dir. Avropa və Mərkəzi Asiyada gənclərin işsizlik səviyyəsinin 2022-ci ildə gözlənilən dünya üzrə orta göstəricidən 1.5% daha çox olacaq, müvafiq olaraq 16.4% və 14.9%. Gənc insanların işsizlik dərəcəsinin 2022-ci ildə Asiya və Sakit okean regionunda 14.9%-ə çatacaq, qlobal ortalama ilə eynidir, baxmayaraq ki, subregionlar və ölkələr arasında əhəmiyyətli fərqlər var. Analitiklər təxmin edirlər ki yeni araşdırmalar nəticəsində 2030-cu ilə qədər qlobal səviyyədə 24 milyon iş yeri açıla bilər ki, bunun da 6.4 milyonu gənclərin payına düşə bilər.

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı