“Beynəlxalq Əmanət Günü: Pulumu necə idarə edim?” adlı vebinar keçirilmişdir

31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin əsas istiqamətlərindən biri də maliyyə savadlılığının artırılmasıdır. Bu məqsədlə ABA tərəfindən müxtəlif tədbirlər keçirilmiş, müvafiq işlər görülmüşdür.

11 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) , ABA və Sparkassen-Finanzgruppe tərəfindən “Beynəlxalq Əmanət Günü: Pulumu necə idarə edim?” adlı vebinar keçirilmişdir.

Vebinarda ilk spiker “Dadashsoy Business School” rəhbəri Elvin Dadaşsoy tərəfindən pulun idarə edilməsi, gələcək sərmayə olaraq istifadə edilməsi, AMB nümayəndəsi Sahib Həsənov tərəfindən müştəri-bank münasibətləri, rəqəmsal identifikasiya sistemi və “Bank of Baku” ASC-nin filial direktoru Rüfət Məmmədov tərəfindən əmanətin növləri, pulu bankda saxlamağın üstünlükləri haqqında təqdimatlar edilmişdir. Sonda mövzular üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı