“Beynəlxalq Caspian Energy Forum Istanbul 2023”də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib

Forumda Azərbaycan və Türkiyənin energetika sahəsində rolundan, Xəzər, Qara və Baltik dənizlərinin enerji potensialından, Türkiyənin inkişaf modelindən, orta dəhlizin inkişafından, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji” və Türkdilli ölkələrin əməkdaşlığından bəhs edilib. 

İstanbulda “Beynəlxalq Caspian Energy Forum Istanbul 2023” keçirilib. 

“Caspian Energy Club” və “Caspian Energy Türkiye”nın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş tədbirdə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət qurumlarının və şirkətlərinin nümayəndələri iştirak ediblər. 

Forumda Azərbaycan və Türkiyənin energetika sahəsində rolundan, Xəzər, Qara və Baltik dənizlərinin enerji potensialından, Türkiyənin inkişaf modelindən, orta dəhlizin inkişafından, rəqəmsal iqtisadiyyat, “yaşıl enerji” və Türkdilli ölkələrin əməkdaşlığından bəhs edilib. 

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, KOBİA biznesin qurulması və inkişafı istiqamətində KOB-lara təlim, məsləhət, bazarlara və maliyyə resurslarına çıxış, sahibkar maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir. Bu dəstək mexanizmləri KOB-ların davamlı inkişafına dəstək olmaqla onların iqtisadiyyatda rolunu artırır. 

Hikmət Məmmədov həmçinin, Türkiyənin müvafiq qurumları ilə forumun da müzakirə mövzularından olan rəqəmsallaşma, “yaşıl iqtisadiyyat”, bazarlara çıxış kimi istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.  

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı