2022-ci ildə ABŞ-ın aparıcı beynəlxalq investisiya bankı Citigroup-un baş icraçı direktoru (CEO) Jane Fraser-in qazancı bir öncəki il ilə müqayisədə 9% artaraq 24.5 milyon dollar olub.
BBN.az xəbər verir ki, “Wall Street Journal”da verilən məlumata əsasən maraqlıdır ki, digər aparıcı nəhəng bankların CEO-larının qazancları isə azalıb.
Qeyd edək ki, çərşənbə axşamı açıqlanan sənədlərdən əldə edilən məlumata görə xanım Jane aylıq 1.5 milyon dollar qazanıb, nağd bonusu isə 3.45 milyon dollar olub.