Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - BBN

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq İşəgötürənlər Təşkilatının baş katibi Roberto Suarez Santosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. İcra olunan aktiv məşğulluq proqramlarını, əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili istiqamətində görülən işləri diqqətə çatdırılıb.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işləri, habelə həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən məşğulluq tədbirləri qeyd edilib. Əmək və məşğulluq sahəsində islahatlar prosesində, aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

R.S.Santos ölkəmizə səfərindən məmnunluğunu bildirib, əmək və məşğulluq sahəsində qurumlar arasında əməkdaşlığın önəmini qeyd edib. Görüşdə Nazirliklə Beynəlxalq İşəgötürənlər Təşkilatı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı