Beynəlxalq ixtisasartırma kursunun məzunları üçün seminar keçirilib

Almaniyada ixtisasartırma kursu keçmiş azərbaycanlı sahibkar və menecerlər “FollowUp” seminarında təəssüratlarını və təcrübələrini bölüşüblər.  

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 2020-ci və 2022-ci illərdə Münxen və Hamburq şəhərlərində yerləşən tədris mərkəzlərində ixtisasartırma kursu keçmiş məzunlar üçün “Bakı KOB evi”ndə effektivliyin qiymətləndirilməsinə dair “FollowUp” seminarı keçirilib.

Almaniya-Azərbaycan Ticarət Palatasının (AHK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və “DIBeratung GmbH” Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə proqramın məzunları təəssüratlarını və təcrübələrini bölüşüblər. Seminarda həmçinin proqram iştirakçılarının uğur hekayələri təqdim edilib, məzunlara sertifikatlar verilib.

Tədbir çərçivəsində alman mütəxəssislər və proqramın məzunları “Bakı Tikiş Evi”ndə istehsal prosesi ilə tanış olublar.

Qeyd edək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” ölkəmizdə 2009-cu ildən həyata keçirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GİZ-dir. İndiyədək proqramdan 539 azərbaycanlı menecer və sahibkar yararlanıb. Onlar ixtisasartırma kursu müddətində öyrəndiklərini və qabaqcıl təcrübəni öz bizneslərində və çalışdıqları şirkətlərdə tətbiq etməklə iş prosesinə müsbət töhfə veriblər. Hazırda proqram çərçivəsində bir qrup azərbaycanlı sahibkar və menecer Almaniyanın Hamburq şəhərində ixtisasartırma kursu keçir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı