Beynəlxalq kart təşkilatları 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

Bankçılıq sektorunun başlıca iştirakçılarından olan və bankların ənənəvi mühitdən rəqəmsal mühitə transformasiyasının sürətləndirilməsində böyük paya sahib olan beynəlxalq kart təşkilatları 2021-ci il üzrə yekun maliyyə hesabatlarını dərc ediblər.

İlkin olaraq, “Visa” şirkətinin hesabatına əsasən, 2021-ci il üzrə şirkətin gəlirləri 2020-ci ilin göstəriciləri ilə nisbətdə 10% artıb və  24.1 milyard dollar səviyyəsinə çatıb. Müvafiq dövr ərzində emal edilən ödəniş tranzaksiyalarının ümumi həcmində isə 17%-lik artım qeydə alınıb və 164.7 milyarda yüksəlib. Xidmətlərdən əldə edilən gəlir 17%, data prosessing gəliri 17%, beynəlxalq tranzaksiyalardan əldə edilən gəlir isə 4%-lik paya sahibdir. 2.79 milyard dollar həcmində divident ödənişi həyata keçirilib.

Beynəlxalq ödəniş kartları nəhənglərindən olan “MasterCard” isə 2021-ci ildə gəlirlərini 23.5% artıraraq 18.9 milyard dollar səviyyəsinə yüksəldib. Şirkətin əməliyyat gəlirləri və xərcləri müvafiq olaraq 10.1 və 8.8 milyard dollar səviyyəsində qərarlaşıb. Tranzaksiyaların həcmində ümumilikdə 25%-lik artım qeydə alınıb. “MasterCard” tərəfindən 2021-ci ildə ümumilikdə 1.7 milyard dollar həcmində divident ödənişi həyata keçirilib.

Son olaraq, ölkəmizdə elə də geniş həcmdə yayılmasa da, beynəlxalq arenada özünəməxsus nüfuza malik “American Express” kart təşkilatı gəlirlərini 30%-dən çox artıraraq 12.1 milyard dollara çatdırıb. Ümumi mənfəət göstəricisi  isə 8.1 milyard dollar səviyyəsində qərarlaşıb.

Related posts

2022-ci ilin maliyyə/bank sektoru ilə bağlı qısa icmal

Faiz dəhlizinin parametrləri haqqında

Самые удобные мобильные банки Азербайджана для частных лиц. Результаты исследования Markswebb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı