Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının konfransı keçirilib

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) “MDB ölkələrində pensiya və müavinətlərin ödənilməsi sistemi. Aktual problemlər və tendensiyalar” mövzusunda videokonfransı keçirilib.

Konfransda BPSFA-ya sədrlik edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov MDB məkanında pensiya və sosial sığorta qurumları arasında səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Təşkilata üzv olan dövlətlərdə sosial sığorta sahəsində mövcud vəziyyət, pensiya və müavinətlərin ödənişi məsələləri müzakirə olunub. Azərbaycanın sosial ödənişlərin proaktiv təyinatı təcrübəsi barədə məlumat verilib.

Tədbirdə həmçinin Fondun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli, Avrasiya İqtisadi Şurasının Əmək miqrasiyası və sosial müdafiə departamentinin direktorunun müavini Oleq Artamonov, Özbəkistan Respublikasının Pensiya Fondunun Pensiya ödənişləri sistemi və gəlir uçotunun təkmilləşdirilməsi şöbəsinin rəisi Abror Xolmatov təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, konfransda müxtəlif beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə yanaşı, Azərbaycan, Belarus, Özbəkistan, Qırğızıstan, Rusiya, Tacikistan, Qazaxıstan və digər ölkələrin pensiya və sosial sığorta qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı