Beynəlxalq təhlükəsizlik modelinin Azərbaycan dilini dəstəkləyən versiyası hazırlanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərin qarşı Mübarizə Mərkəzinin “Open CSIRT Foundation” təşkilatı ilə əməkdaşlığı çərçivəsində SIM3 özünü qiymətləndirmə modelinin Azərbaycan dilini dəstəkləyən versiyası hazırlanıb və təşkilatın internet səhifəsində dərc edilib.

Bu barədə BBN.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, təqdim edilən model İT struktur bölmələrinə öz funksiyalarını idarəetmə, sənədləşdirmə və nəticələrin ölçülməsi baxımından qiymətləndirmələr üçün nəzərdə tutulub. SIM3 modeli İT struktur bölmələrin təşkilat, insan resursları, alətlər və proseslərin peşəkarlıq səviyyəsini 4 istiqamətdə qiymətləndirməyə imkan verir.

Onlar önləmə, aşkarlama, qərar vermə və keyfiyyətə nəzarət etmə və rəy vermə istiqamətləridir.

İnformasiya təhlükəsizliyi, SOC və insidentlərin emalı ilə məşğul olan İT struktur bölmələrin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün “Open CSIRT Foundation” təşkilatı “SIM3” adı verilən təhlükəsizlik insidentlərinin idarə edilməsi üzrə peşəkarlığın ölçülməsi modelini (Security Incident Management Maturity Model) hazırlayıb.

Sözügedən model beynəlxalq informasiya təhlükəsizliyi təşkilatları və CERT komandaları tərəfindən də geniş istifadə olunur. Belə ki, Avropa CERT-ləri birliyi olan TF-CSIRT və ENISA, beynəlxalq CERT komandaların birliyi olan FIRST, GFCE və ITU kimi qlobal forumlar, LACNIC, OAS və Trust Broker Africa kimi transmilli forumlar informasiya təhlükəsizliyi insidentlərinin idarəolunma qabiliyyətini məhz SIM3 modelinin köməkliyi ilə ölçür və onu standart olaraq qəbul edirlər.

Model haqqında daha ətraflı aşağıdakı keçiddən istifadə etməklə tanış olmaq və müvafiq struktur bölmələrin qiymətləndirilməsini həmin keçiddə verilmiş sualları cavablamaqla həyata keçirmək mümkündür. https://sim3-check.opencsirt.org/

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı