Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcək

Ötən iclasdan bəri xarici fon əsasən qiymət sabitliyinin əsas lövbərini dəstəkləmək istiqamətində dəyişmişdir. 

Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcəkdir ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir.

Qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələmişdir. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın  olacaqdır.            

Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır. 

Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi inflyasiyaya artırıcı təsir göstərməkdədir. Dünya ərzaq qiymətləri martda 2.1%, son 12 ayda isə 24.6% yüksəlmişdir.

Related posts

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda maliyyə sabitliyi hesabatının təqdimatına dair görüş keçirilmişdir – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı