Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BFB-də Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

BFB-də Bank “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

23 iyun 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

28 iyun 2022-ci il tarixində Bank “BTB” ASC-nin istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və forması  Q/k-ın Ticarətə buraxılma tarixiİstiqrazların sayı  İllik gəlirlilik faiziNominal dəyəri    Ödəmə perioduTədavül müddəti
AZ2004009448Faizli, təmin edilməmiş istiqrazlar28.06.20223,000 (ədəd)      9 %1,000 AZN  Hər 1 aydan bir6 təqvim ili

Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

Dow Jones fyuçersləri yüksəldi – texnologiya nəhəngləri diqqət mərkəzində

ABŞ birja fyuçersləri gerilədi – bazar FED siqnallarını gözləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı