BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 50 mln. manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23 sentyabr 2024-cü il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50 000.000 manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının Emissiya prospekti 24 iyul 2024-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Related posts

atb debet kartı üzrə əməliyyatlarda limitlər ləğv edildi

Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi

“PAŞA Bank” “Xəzinədarlıq hedcinq məhsulları” adlı seminar keçirib – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı