Biden İsrail və Ukraynaya dəstək üçün Konqresdən “fövqəladə büdcə” tələb edəcəyini açıqlayıb

ABŞ prezidenti Joe Biden Oval Ofisdə xalqa müraciət edib.

BBN.az xəbər verir ki, sabah ABŞ Konqresindən tələb edəcəyi büdcənin İsrailin təhlükəsizliyini qorumaq üçün olduğunu  ifadə edən Biden, “Bu, ağıllı bir sərmayədir. Həmçinin nəsillər boyu Amerika təhlükəsizliyinə də fayda verəcək”, – deyə bildirib.

Konqresdən maliyyələşdirməsini tələb edəcəyi “təhlükəsizlik paketi”nin İsrailin hərbi üstünlüyünü gücləndirəcəyini qeyd edən Biden, “Bölgədəki digər düşmən tərəflər İsrailin hər zamankindən daha güclü olduğunu görəcək və münaqişənin yayılmasının qarşısını almasını təmin edəcəyik”, – deyə açıqlamasında qeyd edib.

Zamanın çox dəyərli olduğuna diqqət çəkən Biden, ABŞ-da bəzi fikir ayrılıqlarının olduğunu ifadə edərək, “Həmas kimi terrorçuların, Putin kimi diktatorların qalib gəlməsinə icazə verə bilmərik. Buna icazə verə bilmərəm”, – deyə sözlərinə əlavə edib.

Related posts

“Goldman Sachs” ABŞ iqtisadiyyatının artım proqnozunu aşağı salıb

Avropa bankları “DeepSeek”i sınaqdan keçirir

Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib