“Big Tech” şirkətlərinin səhmləri enir, bu iqtisadiyyat üçün pis əlamətdir

Ötən həftə texnologiya şirkətləri özlərinin ürəkaçan olmayan maliyyə nəticələrini ictimaiyyət ilə paylaşıblar. Hazırda isə bütün gözlər investorların – Alphabet, Microsoft, Meta, Amazon kimi böyük texnologiya şirkətlərinin sonuncu mənfi nəticələrinə necə reaksiya verəcəkləri üzərindədir.

BBN.az Time Biznes nəşrinə istinadən xəbər verir ki, bu həftə texnologiya səhmləri isə enməyə davam edib, Wall Street analitikləri bildirirlər ki, bu geniş mənada iqtisadiyyat üçün pis bir əlamət ola bilər. Mənfi nəticələr inflyasiyanın əlamətidir, Mərkəzi Bankın təyin etdiyi yüksək faiz dərəcələri ailələrin büdcələrini “sıxır”, mənfi nəticələr biznesdə isə gözləniləndən də çoxdur. 

Məsələn, 2022-ci ildə texnologiya “ağırlıqlı” səhm bazarı NASDAQ dəyərinin 30%-ni itirib. Cari ilin başlanğıcından S&P 500-də isə enmə cəmi 19% olub. 

NASDAQ səhm bazarının enməsinə daha bir zərbə isə ötən həftə Alphabet, Microsoft, Meta, Amazon kimi nəhəng texnologiya şirkətlərinin 2022-ci ilin III rübünü əks etdirən mənfi maliyyə nəticələri olub.

Texnologiya şirkətləri sırasında Apple-ın 2022-ci ilin başlanğıcından səhmləri təxminən 16% enib, lakin ötən ay isə səhm qiymətləri 7% artıb. Apple isə bunu kəskin Mac satışlarına və gəlirliyinin artmasına borcludur. 

Analitiklər isə bildirirlər ki, Apple şirkəti “Böyük Texnologiya” – (Big Tech) şirkətləri sırasında bu il üçün yaxşı nəticələr nümayiş etdirir. Qlobal smartfon və kompüterlərin satışlarının azalmasına rəğmən, Apple-ın məhsullarına tələb yüksəkdir, hətta inkişaf etməkdə olan bazarlarda da. 

Ekspertlər bildirirlər ki, ümumilikdə texnologiya şirkətlərinin səhmləri, iqtisadiyyat kimi yüksək inflyasiya, yüksək faiz dərəcələri, güclü dollara qarşı həssasdır. 

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı